Lavrov: “Türkiyə ilə Suriya mövzusunda danışıqları bərpa edəcəyik”

Lavrov: “Türkiyə ilə Suriya mövzusunda danışıqları bərpa edəcəyik”
# 29 iyun 2016 15:42 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiya Türkiyə ilə Suriya böhranının həlli yollarının axtarılması istiqamətində danışıqları bərpa edəcək”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Parisdə fransalı həmkarı Jan-Mark Eyro ilə görüşdən sonra birgə keçirilən mətbuat konfransında bildirib. “Hesab edirəm ki, Rusiya və Türkiyə Suriya böhranının həlli yollarının axtarışı istiqamətində qarşılıqlı fəaliyyəti bərpa edəcək", - deyə o, söyləyib.

S. Lavrov iyulun 1-də Soçidə keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN başçılarının iclasında türkiyəli həmkarı ilə görüşəcəyini də deyib: “Türkiyəli həmkarımın xahişi ilə ikitərəfli görüş keçiriləcək. Orada bu məsələləri müzakirə edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR