Hindistanda polislə atışmada 9 üsyançı öldürülüb

Hindistanda polislə atışmada 9 üsyançı öldürülüb
# 30 aprel 2024 14:58 (UTC +04:00)

Hindistanın Çhattisqarh şəhərində polislə atışmada 9 Maoçu üsyançı öldürülüb.

APA “ NDTV” istinadən xəbər verir ki, Hindistanın Çhattisqarh şəhərində təhlükəsizlik qüvvələri ilə davam edən toqquşmada 3-ü qadın üzv olmaqla, azı 9 silahlı öldürülüb.

Qarşıdurma yerindən çoxlu sayda silah, o cümlədən bir AK-47 avtomatı da aşkar edilib. Polisin məlumatına görə, qarşıdurma zamanı hökumət qüvvələrinə heç bir ziyan dəyməyib.

Lamiyə Şirinova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR