Respublika çaylarında azalma müçahidə olunur

 Respublika çaylarında azalma müçahidə olunur
# 20 iyun 2016 12:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, iyunun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 423 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 290 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 166 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 110 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub.

İyunun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqəsində 11, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə 8 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm (2015-ci il iyunun 20-də 303 sm), Salyanda 151 sm (2015-ci il iyunun 20-də 60 sm), Bankədə 179 sm (2015-ci il iyunun 20-də 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2015-ci il iyunun 20-də 25 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR