Azərbaycanda kənd təsərrüfatı sahəsində inhisarçılığın qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişiklik edilir

Azərbaycanda kənd təsərrüfatı sahəsində inhisarçılığın qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişiklik edilir
# 06 noyabr 2014 10:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Kənd təsərrüfatı məhsulunu istehsalçıdan alaraq ikiqat baha satan qüvvələr sıradan çıxarılacaq”.

APA-Economics” xəbər verir ki, bunu “Vergilər” qəzetinə müsahibəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Komitə sədri bildirib ki, qiymətlərin tənzimlənməsi və inhisarçılığın qarşısının alınması məqsədi ilə “İnformasiya məsləhət xidməti haqqında” qanun layihəsində bir sıra müddəalar öz əksini tapacaq. “Hər üç layihəyə əsasən, bazarda rəqabət mühitini təmin etmək üçün yeni mexanizmlər tətbiq olunacaq, indiki kimi məhsulu istehsalçıdan alaraq ikiqat bahasına satan qüvvələr aradan çıxacaq. Yəni, istehsala aid olmayan şəxslərin burada iştirakı mümkün olmayacaq”, - deyə E. İbrahimov vurğulayıb.

Qeyd edək ki, layihədə sahibkarların elektron xidmətlərdən və elektron ticarətdən istifadəsinin artırılması da əksini tapıb. Məsələn, fermer internet vasitəsilə istehsal etdiyi məhsullar haqqında məlumat verəcək, eyni zamanda özünə bazar axtaracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR