Azərbaycanın Beynəlxalq İnkişafa yardım Agentliyi Benin və Çadda humanitar tibbi aksiya keçirib

Azərbaycanın Beynəlxalq İnkişafa yardım Agentliyi Benin və Çadda humanitar tibbi aksiya keçirib
# 22 iyul 2014 15:20 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində olan Beynəlxalq İnkişafa yardım Agentliyi (AİDA) İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində “Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının növbəti aksiyalarını Benin və Çadda keçirib.

APA-nın məlumatına görə, iyunda keçirilən aksiya çərçivəsində Benində 506 nəfər, Çadda isə 835 nəfər əməliyyat olunaraq yenidən görmə qabiliyyətlərinə qovuşub.

Ümumilikdə sözügedən humanitar aksiyalar zamanı görmə problemi olan 11.640 şəxs ödənişsiz əsasda müayinədən keçib.

AİDA-nın iştirak etdiyi bu aksiya Benin və Çad hökumətləri tərəfindən yüksək qiymətləndirilib və yerli KİV-də geniş işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR