Sorğu: Rusiyada əhalinin 38 faizi 2015-ci ildə işsizlik səviyyəsinin artacağını düşünür

Sorğu: Rusiyada əhalinin 38 faizi 2015-ci ildə işsizlik səviyyəsinin artacağını düşünür
# 05 yanvar 2015 13:49 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin araşdırmasına görə, əhalinin 28 faizi 2015-ci ilin 2014-cü ilə nisbətən daha çətin keçəcəyini düşünür.

Rusiya vətəndaşlarının 23 faizi isə 2015-ci ilin ötən ildən daha yaxşı keçəcəyinə ümid edir.

Respondentlərin 32 faizi 2015-ci ildə ölkədə iqtisadi vəziyyətin daha çətin olacağını düşünür. Eyni zamanda məlum olub ki, rusların 38 faizi işsizlik səviyyəsinin artacağını gözləyir. Əhalinin 44 faizi isə kasıb və varlılar arasında uçurumun dərinləşəcəyini güman edir.

Mərkəzin hesabatında həmçinin qeyd olunur ki, 2015-ci ildə əhalinin 30 faizi korrupsiya miqyasının artacağını, 9 faizi azalacağını, 47 faizi isə bu sahədə dəyişiklik olmayacağını düşünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR