“Euronews” telekanalında “Azərbaycan həyatı” adlı silsilə verilişlər yayımlanır

“Euronews” telekanalında “Azərbaycan həyatı” adlı silsilə verilişlər yayımlanır
# 29 aprel 2015 12:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Euronews” televiziya kanalında fransız jurnalist Monika Pinnanın təqdimatındakı “Life” verilişində Azərbaycanın müxtəlif şəhərlərinə həsr olunmuş “Azərbaycan həyatı” adlı silsilə videosüjetlər təqdim olunur.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, növbəti veriliş Göygöl şəhərinə həsr edilib. Verilişdə XIX əsrin birinci yarısı və XX əsrin əvvəllərinədək 200 mindən çox etnik almanın Azərbaycana köçməsindən danışılır. İlk alman tayfalarının məskunlaşdığı və xaricilər tərəfindən yaradılan ilk Azərbaycan kəndi Helenendorfa həsr olunmuş verilişdə XX əsrdən etibarən buranın Göygöl adlandırıldığı və burada hələ də alman mədəniyyətinin izlərinin qaldığı bildirilir.

Hazırda şəhərdə almanın qalmadığını vurğulayan Monika Pinna icmanın son nümayəndəsi Viktor Klyaynın evinə səfər edib. Bu evin gələcəkdə azərbaycanlı almanlara həsr ediləcək muzey olacağı bildirilib.

Almanların əsasən, şərabçılıqla məşğul olduqlarını vurğulanan verilişdə burada 1860-cı ildə ilk sənaye şərab zavodunun əsasının qoyulduğu qeyd olunub.

Verilişin sonunda növbəti buraxılışın Lahıca həsr olunacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR