“Bank Respublika” “Alış-veriş marafonu” aksiyasının qaliblərini müəyyən edib - FOTOSESSİYA

“Bank Respublika” “Alış-veriş marafonu” aksiyasının qaliblərini müəyyən edib - <span style="color: red;">FOTOSESSİYA
# 19 fevral 2015 13:07 (UTC +04:00)

Bu aksiyanın əsas mükafatı olan “Mitsubishi Attrage” avtomobili aksiyanın qalibinə təqdim edilib.

Alış-veriş marafonu kampaniyasının şərtlərinə əsasən, qalib olmaq üçün aksiya müddəti ərzində “Bank Respublika”nın “VISA” kartları ilə daha çox alış (tranzaksiyaların sayına görə) etmək tələb olunub. Müvafiq olaraq qalib bütün kart sahiblərindən daha çox sayda alış-veriş edən Əhmədova Zinyət Əlizaman qızı kampaniyanın əsas mükafatını (“Mitsubishi Attrage” avtomobili) qazanıb.

Əsas mükafatdan başqa, ilk beşlikdə qərarlaşan qaliblərə aparıcı dünya brendinin son model smartfonları və Bankımızın xüsusi hədiyyələri təqdim olunub.

Bu aksiya “Bank Respublika”nın “VISA” kartları sahibləri tərəfindən rəğbətlə qarşılanıb və yaxın müddətdə analoji aksiyaların təkrar keçirilməsi nəzərdə tutulub.

“Bank Respublika”nın plastik kartlarını bankın rəsmi internet səhifəsində və istənilən bank filialında sifariş etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR