Bolqarıstan hökuməti istefaya gedib

Bolqarıstan hökuməti istefaya gedib
# 20 fevral 2013 11:22 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov parlamentdəki çıxışı zamanı bildirib.

“Mən nümayişçilərin hüquq-mühafizə orqanlarının təmsilçiləri ilə toqquşmasına səbəb olan hökumətin üzvü olmaq niyyətində deyiləm. Bizə hakimiyyəti xalq verib, biz də bu gün onu xalqa qaytaracağıq” - deyə baş nazir qeyd edib.

Qeyd edək ki, mənzil-kommunal xidmətləri tariflərinin bahalaşması Bolqarıstanda kütləvi etiraz aksiyalarına səbəb olub. Polislə toqquşmalarda xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR