Ötən il Azərbaycanda benzin istehsalı 6% azalıb

Ötən il Azərbaycanda benzin istehsalı 6% azalıb
# 17 fevral 2015 13:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi 198,2 mln. manat olmaqla əvvəlki ilin yanvar ayı ilə müqayisədə 17,1% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ay ölkədə 112,5 min ton avtomobil benzini istehsal olunub. Bu, 2014-cü ilin eyni ayı ilə müqayisədə 5,7% azdır. Nəticədə bu ilin fevralın 1-nə 67,5 min ton məhsul ehtiyatı yaranıb.

Ötən ay ölkədə 260,0 min ton dizel yanacağı istehsal olunub ki, bu da daha əvvəlki ilin yanvar ayı müqayisədə 30,9% çoxdur. Nəticədə bu ilin fevralın 1-nə 62,4 min ton məhsul ehtiyatı yaranıb.

Yanvarda Azərbaycanda ağ neftin istehsalı 5,1% azalıb. Belə ki, ötən ay ölkədə 57,8 min ton ağ neft istehsal olunub ki, bu ilin fevralın 1-nə 48,0 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən ay ölkədə neft bitumunun istehsalında azalma var. Ötən ay Azərbaycanda 11,6 min ton neft bitumu istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 35,6% azdır. Nəticədə fevralın 1-nə 12,5 min ton hazır məhsul ehtiyatı yaranıb.

Sürtgü yağlarının istehsalı isə ötən ilin yanvar ayı ilə müqayisədə 78,0% azalıb. Belə ki, ötən ay 1,1 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin fevralın 1-nə 13,2 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım var. Belə ki, ötən ay ərzində 4,2 min neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 50,0% çoxdur. Nəticədə bu ilin fevralın 1-nə 7,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən ay Azərbaycanda 0,2 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar ayı ilə müqayisədə 99,3% azalma deməkdir. Nəticədə bu ilin fevralın 1-nə 14,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR