«Akkord» Korporasiyası «Ağ Şəhər» layihəsinə cəlb olunur

«Akkord» Korporasiyası «Ağ Şəhər» layihəsinə cəlb olunur
# 28 fevral 2013 13:09 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri olan «Akkord» Korporasiyası və ən böyük maliyyə-investisiya qruplarından biri «Paşa Holdinq» əməkdaşlığa hazırlaşır. İki şirkət arasında əməkdaşlıq imkanları «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin Direktorlar Şurasının sədri, şirkətin baş direktoru Xaqani Quluzadə və «Paşa Holdinq»in baş direktoru Mir-Camal Paşayev arasında ikitərəfli görüşdə müzakirə edilib.

«Akkord» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə «Akkord» Korporasiyasının icraçı direktoru, İdarə Heyətinin sədri Göksel Aybek, icraçı direktorun müavini, Direktorlar Şurasının üzvü Elçin Bədəlov, Hüquq və beynəlxalq əlaqələr Departamentinin direktoru, İdarə Heyətinin üzvü Samir Qasımov, Daxili audit Departamentinin direktor müavini Ramin Kəsəmənli iştirak ediblər.

Görüşdə baş direktor X.Quluzadə icra edilən layihələr, istehsal müəssisələri və perspektiv planlarla bağlı qonağa ətraflı məlumat verib, daha sonra Korporasiyanın çoxtərəfli fəaliyyət sahələrini əks etdirən təqdimat filminə baxış keçirilib. Görüşdə «Akkord» Korporasiyası ilə «Paşa Holdinq» arasında «Ağ Şəhər» layihəsində birgə əməkdaşlıqla bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR