Nazirlər Kabineti yanında Terminologiya Komissiyası dil pozuntularına nəzarət məqsədilə Monitorinq Qrupu yaradıb

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası dil pozuntularına nəzarət məqsədilə Monitorinq Qrupu yaradıb
# 08 fevral 2013 09:16 (UTC +04:00)

APA-nın xəbərinə görə, bununla əlaqədar AMEA Terminologiya Komissiyasının illik hesabatından sonra Akademiyanın Rəyasət Heyəti qərar qəbul edib.

Qərarda Terminologiya Komissiyasının terminlərin kütləvi-informasiya vasitələrində, idarə və müəssisələrdə, məktəblərdə düzgün tətbiqinə nəzarətin gücləndirməsi və bu işi həyata keçirmək üçün Monitorinq Qrupunun yaradılması nəzərdə tutulub. Qərarda həmçinin ölkədə elmin nüfuzunu qorumaq üçün Terminologiya Komissiyasının qərarı olmadan tərtib olunan terminoloji lüğətlərin nəşrinə və yayılmasına qarşı mübarizənin gücləndirilməsi əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR