İRİB: “Sepah”ın Qarabağdan çıxarılması Azərbaycanın müharibəni uduzmasına səbəb oldu

İRİB: “Sepah”ın Qarabağdan çıxarılması Azərbaycanın müharibəni uduzmasına səbəb oldu
# 04 mart 2013 08:10 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən məlumatına görə, Ermənistanın “Panorama” saytı M.Rzayinin İranda prezident seçkiləri öncəsi belə bir açıqlama verməsini onun namizədliyini irəli sürmək istəyi ilə əlaqələndirib və sabiq komandanın keçən seçkilərdə cəmi 2% səs topladığını yazıb. Lakin İRİB “Panorama” saytının M.Rzayi ilə bağlı bu fikirlərini tənqid edərək yazıb ki, ermənilərin sabiq komandan haqqında irəli sürdüyü iddiaları əsassızdır: “Azərbaycan Respublikasındakı qərbpərəst və anti-İran dairələr kimi bəzi erməni mənbələri də M.Rzayinin açıqlamasına kölgə salmağa cəhd edirlər. Bakıda da hakimiyyətə yaxın mənbələr, millətçilər və anti-İran qüvvələr bu açıqlamanı əsassız qələmə verir, Qarabağ müharibəsində şəhid olan iranlıların azərbaycanlılar olduğunu iddia edirlər. Guya onlar Vahid Azərbaycan ideyası uğrunda şəhid olublar”.

İRİB yazrb ki, İran Qarabağda ermənilərə qarşı ön cəbhədə döyüşüb, şəhid verib, Azərbaycan ordusunu milyardlarla dollarlıq silah və hərbi təchizatla təmin edib: “Lakin Azərbaycan Respublikasındakı Qərbə və İsrailə bağlı medialar Qarabağda İranın Azərbaycanı himayə etmədiyini, hətta Ermənistana yardım göstərdiyini iddia edərək, İranı qaralamağa çalışırlar. Belə bir böhtanla İranı müsəlman cəmiyyətində pisləyirlər. Maraqlı burasıdır ki, İranla birlikdə cəbhədə ermənilərə qarşı döyüşən bir çox igid azərbaycanlılar öz ölkəsində yox edilib. Onların bəziləri həbs olunub, bəziləri isə sui-qəsdlərlə öldürülüb”.

İRİB əlavə edib ki, Qarabağ müharibəsinin ilk dövründə “Sepah” əsgərlərinin sayəsində Qarabağın 1 qarış torpağı da itirilməyib: “Lakin ABŞ oyunları və Azərbaycanda türklük, millətçilik duyğularının yayılması nəticəsində “Sepah” bölgədən çıxarıldı. Elə o zamandan Qarabağ itirilməyə başlanıldı. İran bölgədən çıxarıldıqdan sonra Qarabağ müharibəsində uduzuldu. Daha doğrusu, Qarabağ biriləri tərəfindən satıldı”.

Qeyd edək ki, M.Rzayi Qarabağ müharibəsində ermənilərə qarşı “Sepah”ın da döyüşdüyünü deyib. O bildirib ki, müharibədə çoxlu sayda iranlı da iştirak edib, şəhid düşüb: “Yaralılar İrana göndərilirdi, şəhid düşənlərin çoxu isə Bakıda dəfn olunub. Qarabağ müharibəsində Azərbaycan ordusunun lazımi hərbi təchizatlarla təmin edilməsi və hərbi təlimlərin keçirilməsi ilə bağlı şəxsən əmr vermişəm. Bizlər Azərbaycanın çətin günlərində yanında olmuşuq. Bu gün də onların yanındayıq. Qarabağın geri qaytarılmasında da onlara yardım etməyə hazırıq. Qarabağ İslam torpağıdır və Azərbaycan Respublikasının bütün torpaqları sülh yolu ilə geri qaytarılmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR