Qusarda yük maşını piyadanı vuraraq öldürüb

Qusarda yük maşını piyadanı vuraraq öldürüb
# 25 oktyabr 2014 09:28 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Bu gün Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə General Əbilov küçəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Ruslan Aslan oğlu Xasıyev idarə etdiyi yük maşını ilə yolu keçmək istəyən 1960-cı il təvəllüdlü Rübabə Bəkir qızı Pirmətovanı vurub. Qadın yük maşınının altında qalaraq ölüb.

Ölən qadın Qusar Yaşıllaşdırma İdarəsinin əməkdaşı olub.

Faktla bağlı Qusar rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR