Nazir Azad Rəhimov Qubada vətəndaşları qəbul edib - FOTO

Nazir Azad Rəhimov Qubada vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 21 iyul 2015 09:16 (UTC +04:00)

Bakı-APA. Gənclər və idman naziri Azad Rəhimov iyulun 21-də Quba rayonunda Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarından olan vətəndaşları qəbul edib.

APA-nın xəbərinə görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 30 nəfərin şikayət və təkliflərinə baxılıb. Müraciətlərdən 13-ü idman sahəsi (fəxri adların verilməsi, idman dərəcələrinin verilməsi, stadion idman avadanlığı, idman zallarının tikilməsi), 5-i gənclərlə iş sahəsi (QHT-in yaradılması, gənclərin mənzil şəraiti, gənclər mərkəzinin tikintisi ilə əlaqədar digər məsələlər), 10-u isə işlə təmin olunma üzrə olub.

Digər müraciətlər isə təhsil və sosial yardımla bağlıdır. Qaldırılan məsələlərin bir qismi (idman avadanlıqlarının verilməsi) yerindəcə həllini tapıb.

Həll olunması vaxt tələb edən məsələlər isə nəzarətə götürülüb və bununla əlaqədar müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR