Dövlət Komitəsi: İndiyə qədər nurçulardan ibarət hər hansı dini icma qeydiyyatdan keçməyib

Dövlət Komitəsi: İndiyə qədər nurçulardan ibarət hər hansı dini icma qeydiyyatdan keçməyib
# 29 avqust 2016 09:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “İndiyə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində üzvləri hansısa dini cərəyana, o cümlədən nurçuluğa mənsub olan dini icma qeydiyyatdan keçməyib. Dövlət Komitəsi hər hansı dini cərəyanı yox, dini icmaları qeydiyyata alır”.


APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

G. İsmayılov deyib ki, indiyə qədər üzvləri nurçulardan ibarət hər hansı dini icma qeydiyyatdan keçməyib: “Biz artıq 2009-cu ildən nurçuluğa aid dini ədəbiyyatın ölkəyə kütləvi şəkildə ixracına, idxalına, çapına məhdudiyyət qoymuşuq”.

Onun sözlərinə görə, Dövlət Komitəsi 2009-cu ildə nurçuluqla bağlı dini ədəbiyyatların Azərbaycana idxalı, ixracı, kütləvi çapına məhdudiyyət qoyduqdan sonra Dövlət Komitəsinə yüzlərlə şikayət daxil olub: “Həmin müraciətlərə, məktublara mənfi cavab verdiyimiz üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yüzlərlə şikayət daxil olub. Bütün bunların hamısı açıq olan məsələlərdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR