“Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyi gənclərə müraciət edib

“Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyi gənclərə müraciət edib
# 02 aprel 2013 16:05 (UTC +04:00)

İctimai birlikdən APA-ya daxil olan müraciətdə AXCP sədri Əli Kərimli ittiham olunub.

Müraciətdə Ə. Kərimli “siyasi və ictimai sabitliyi pozmağa cəhd edən”, “vətəndaş qarşıdurmasının yaradılmasında maraqlı olan siyasi şəxs” kimi təqdim olunub, onun ətrafındakılar isə “gəncliyin adından sui-istifadə etməkdə” ittiham olunub.

“O, şəxsi ambisiyaları, siyasi məqsədləri naminə Azərbaycan gənclərinin bir qismini yanlış yola sürükləməkdədir. Bəyan edirik ki, Əli Kərimlinin və onunla həmrəy, həmfikir olan “siyasətçilərin” Azərbaycan gəncliyinin problemi olduğunu deməklə, süni, heç bir sosial əsası olmayan şişirdilmiş şüarlarla bəzi gəncləri paytaxtın mərkəzi küçələrində qanunsuz mitinqlərə və ya nümayişlərə təhrik etmələrində məqsəd ölkədə mövcud ictimai-siyasi sabitliyi pozmaqdır”, - deyə müraciətdə bildirilir.

Müraciətdə ictimai asayişi pozan şəxslərin qanun qarşısında cavab verməsinə mənfi reaksiyalar pislənilir: “Təbii ki, belə qanunsuz aksiyaların iştirakçıları saxlanılmalıdır. Bundan sonra isə beynəlxalq aləmə Azərbaycanda sərbəst toplaşma azadlığının pozulduğunu bəyan etmək üçün yaxşı fürsət yaranır. Belələrinin əsl niyyəti budur! Təbii ki, belə anti-Azərbaycan hərəkətlərindən düşmənlərimiz faydalanır, bununla da, Azərbaycanın beynəlxalq imicinə ağır zərbə vurulur”.

İctimai Birlik gəncləri şəxsi mənafelərdə alət olmamağa çaöırıb, döğvlətçiliyə qarşı atılan addımları pisləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR