FHN Gəncədə regional seminar-müşavirə keçirib

FHN Gəncədə regional seminar-müşavirə keçirib
# 27 oktyabr 2014 09:53 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş əməliyyat idarəsi əməkdaşlarının iştirakı ilə Gəncə Regional Mərkəzində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN–in regionda fəaliyyət göstərən qurumları ilə yerli icra və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda regional seminar-müşavirə keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbirdə fövqəladə halların qarşısının alınması, nəticələrin aradan qaldırılması, qəza xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, kommunikasiya idarələri arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yolları müzakirə edilib.

Seminar-müşavirədə FHN–in Gəncə Regional Mərkəzi ilə Qərb regionunda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının təhlili aparılıb. Bu planların həyata keçirilməsi zamanı qarşıya çıxan problemlər barədə məlumat verilib, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə, yanğınsöndürmə avadanlıqlarından istifadə, eləcə də yanğın, texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR