Əli Abbasov: “Azərbaycanda İKT sektorunun inkişaf tempi ümumdünya göstəricisini 2,5 dəfə üstələyir”

Əli Abbasov: “Azərbaycanda İKT sektorunun inkişaf tempi ümumdünya göstəricisini 2,5 dəfə üstələyir”
# 24 dekabr 2014 10:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2008-ci ilə qədər Azərbaycanda İKT sektoru hər il 30-35%, 2009-cu ildən isə 15-20% artıb.

APA-Economics”in məlumatına görə, bunu “İnkişafın 10 ili 2004-2014” konfransında Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

“Bu, o deməkdir ki, hər 3 ildə İKT sahəsi 3 dəfə genişlənib. Bununla da, bu göstərici üzrə ümumdünya orta göstəricisini 2-2,5 dəfə üstələyib”, - deyə Ə. Abbasov bildirib.

Nazir qeyd edib ki, MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycan 2010-cu ildə bütün telekommunikasiya sistemini elektronlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR