Azərbaycan ermənilərin Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşma siyasəti aparması ilə bağlı BMT və ATƏT-in Minsk Qrupuna narahatlığını bildirib

Azərbaycan ermənilərin Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşma siyasəti aparması ilə bağlı BMT və ATƏT-in Minsk Qrupuna narahatlığını bildirib
# 07 avqust 2012 09:16 (UTC +04:00)
Xüsusilə Suriyanı tərk edən ailələrin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırıldığına dair erməni mətbuatında məlumatlar yer almaqdadır. APA-nın məlumatına görə, Azərbaycan artıq bununla bağlı BMT-yə, ATƏT-ə, Minsk Qrupuna həmsədrlik edən ölkələrə öz narahatlığını ifadə edib. Xarici İşlər Nazirliyindən bildiriblər ki, ATƏT-in Minsk Qrupu Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma faktları araşdırmaq üçün dəfələrlə monitorinq keçirib: “Monitorinqlər zamanı Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan torpaqlarında ermənilər tərəfindən qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı müəyyənləşib. Beynəlxalq ictimaiyyət bu siyasətin davam etdirilməsinə imkan verməməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR