Azərbaycanda elit mənzillər son bir ildə 7% ucuzlaşıb

Azərbaycanda elit mənzillər son bir ildə 7% ucuzlaşıb
# 18 oktyabr 2012 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin III rübündə Azərbaycanda mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 1%, əvvəlki ilin müvafiq rübünə nisbətən isə 2,5% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ilkin mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 0,8%, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% artıb: «Təkrar mənzil bazarında isə qiymətlər əvvəlki rüblə müqayisədə 1%, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,6% artıb».

Eyni zamanda, ilkin mənzil bazarında birtipli mənzillərin qiyməti əvvəlki rübə nisbətən dəyişməz qalıb, ötən ilin eyni rübü ilə müqayisədə isə 0,3%, yaxşı layihələndirilmiş mənzillər müvafiq olaraq 0,7% və 2,7%, elit mənzillər isə 0,2% və 0,3% bahalaşıb.

Təkrar mənzil bazarında aşağı keyfiyyətli mənzillərin qiyməti müvafiq olaraq 0,9% və 2,5%, birtipli mənzillər 1,1% və 4,1%, yaxşı layihələndirilmiş mənzillər 0,8% və 4,1% bahalaşıb. Elit mənzillər III rübdə əvvəlki rübə nisbətən 0,3% bahalaşıb, ötən ilin III rübü ilə müqayisədə isə 6,5% ucuzlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR