İmişli sakini Kürdəmirdə yaşayan yeznəsini bıçaqlayıb

İmişli sakini Kürdəmirdə yaşayan yeznəsini bıçaqlayıb
# 09 iyul 2012 10:08 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Kürdəmir rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə hadisə ötən gecə Şıxımlı kəndində qeydə alınıb. İmişli rayon sakini, 1989-cu il təvəllüdlü Atakişiyev Sahil Əbülfət oğlu Şıxımlı kəndində yaşayan bacının evinə gələrək onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Qurbanov Elnur Fikrət oğlu ilə dava edib. Şəxsi münasibətlər zəminində aralarında baş verən insident zamanı Sahil Atakişiyev yeznəsi Elnur Qurbanova bir neçə bıçaq xəsarəti yetirib. E.Qurbanov ağır vəziyyətdə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. S. Atakişiyev tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR