Ermənistan prezidenti İrana səfər edəcək

Ermənistan prezidenti İrana səfər edəcək
# 11 iyul 2012 10:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Ermənistan prezidenti Serj Sarkisyan İrana səfər edəcək. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti avqustun 29-31-də Tehranda keçirilməsi planlaşdırılan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında iştirak edəcək.

Artıq bununla bağlı S. Sərkisyana dəvət məktubu təqdim olunub.

Qeyd edək ki, yığıncaqda Qoşulmama Hərəkatına rəhbərlik 6 ay müddətinə Misirdən İrana təhvil veriləcək.

Xatırladaq ki, Azərbaycan prezidenti ilham Əliyev də zirvə toplantısına dəvət olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR