Dünya Bankının Azərbaycana investisiyaları azalıb

Dünya Bankının Azərbaycana investisiyaları azalıb
# 30 aprel 2012 14:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Dünya Bankı (DB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 20 012,2 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, DB tərəfindən yatırılan investisiyanın həcmi əvvəlki ilin analoji dövrünə nisbətən 38,2% azalıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində DB-nın investisiyalarının xüsusi çəkisi 3,5% təşkil edib ki, ötən ilin analoji dövrünə nisbətən bu göstərici 3,4 faiz bəndi azalıb.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank 43 layihənin icrasına Azərbaycana 3 mlrd. ABŞ dolları məbləğinə yaxın maliyyə yardımı göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR