İran prezidenti Tacikistana səfər edib

İran prezidenti Tacikistana səfər edib
# 24 mart 2012 09:08 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Bu gün İran prezidenti Mahmud Əhmədinejad Tacikistana səfər edib. APA-nın İRNA-ya istinadən məlumatına görə, martın 26-dək davam edəcək səfər çərçivəsində M. Əhmədinejad paytaxt Düşənbədə təşkil olunacaq Ümumdünya Novruz şənliklərinə və 40 ölkənin xarici işlər nazirlərinin iştirak edəcəyi V Əfqanıstan iqtisadi toplantısına qatılacaq və bu yığıncaqda çıxış edəcək.

Bundan əlavə, İran prezidenti Tacikistanda İran məktəbinin və idman zalının istifadəyə verilməsini simvolizə edən lenti kəsəcək, bu ölkədəki bəzi iqtisadi layihələrlə tanış olacaq, Düşənbədə yeni inşa olunmuş İran Mədəniyyət Evinin açılışında iştirak edəcək.

Səfər çərçivəsində M. Əhmədinejad Əfqanıstan və Pakistan prezidentləri ilə təkbətək görüşlər də keçirəcək, ikitərəfli əlaqələr və regional məsələlərlə bağlı fikir mübadiləsi aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR