Suveren Fondların Beynəlxalq Forumunun IV iclası sentyabrda Mexikoda keçiriləcək

Suveren Fondların Beynəlxalq Forumunun IV iclası sentyabrda Mexikoda keçiriləcək
# 23 iyul 2012 15:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabrın 5-7-də Mexikoda (Meksika) Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) IV iclası keçiriləcək.

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) «APA-Economics»ə verilən məlumata görə, «Küveyt deklarasiyası»nda qeyd olunduğu kimi SFBF-nin iclası ən azı ildə bir dəfə keçirilir.

İclasda Forumun üzvlərini maraqlandıran məsələlər ətrafında müzakirələr aparılır, son bir ildə görülmüş işlər təhlil olunur, ən azı növbəti bir ili əhatə edən dövr üçün gələcək iş planı müzakirə olunur və dəqiqləşdirilir. Bu il üçün iclasın Mexiko şəhərində keçirilməsi ötən ildəki Pekin (Çin) iclası zamanı qərara alınıb.

Qeyd edək ki, SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveytdə (Küveyt) keçirilmiş iclasında yaradılıb. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır. SFBF-nin ilk rəsmi iclası 2009-cu ilin oktyabrın 8-9-da Bakıda keçirilib. İllik əsasda baş tutan SFBF-nin digər iclasları 2010-cu ildə Sidneydə (Avstraliya), 2011-ci ildə isə Pekində keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR