Azərbaycanın xarici işlər naziri Litva səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycanın xarici işlər naziri Litva səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 07 iyul 2012 10:27 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litva səfiri Kestutis Kudzmanası ölkədə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanla Litva arasında yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə öz minnətdarlığını bildirərək ona gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

K. Kudzmanas isə işlədiyi dövrdə Litva ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd edərək faydalı əməkdaşlığa görə minnətdarlıq edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR