İran Tacikistana təbii qaz ixrac edəcək

İran Tacikistana təbii qaz ixrac edəcək
# 16 aprel 2012 22:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Tacikistana təbii qaz ixrac edəcək. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İranın Milli Qaz Şirkətinin baş direktoru Hüseyn Bidarməğz deyib. O bildirib ki, İran Tacikistana təbii qaz ixrac etməyə hazırdır: “Bu məsələ ilə bağlı ölkələr arasında danışıqlar davam edir”.
Qeyd edək ki, Tacikistanın təbii qaz ehtiyacını indiyədək Özbəkistan təmin edib. Lakin 2012-ci ildə Çinin təbii qaza tələbatı artdığından Özbəkistan Tacikistana təbii qaz satışını dayandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR