İranlı deputat: “Tehran Moskva görüşündə mövqeyində heç bir dəyişiklik etməyəcək”

İranlı deputat: “Tehran Moskva görüşündə mövqeyində heç bir dəyişiklik etməyəcək”
# 16 iyun 2012 01:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran iyun 18-19-da “altılıq” ölkələri ilə Moskvada keçiriləcək nüvə müzakirələrində mövqeyində heç bir dəyişiklik etməyəcək”. APA-nın məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Kərimi Qüddusi bildirib. Onun sözlərinə görə, görüşün nəticəsi nə olursa-olsun İran diplomatiya siyasətini davam etdirib prinsiplərini qoruyacaq: “Avropa Birliyi uranın zənginləşdirilməsi fəaliyyətini dayandırmağımızı istəyir. Bu səbəbdən Moskva görüşündə İranın nüvə fəaliyyətlərini necə davam etdirəcəyi müzakirə olunacaq. Biz bu görüşdə İranın uranın zənginləşdirilməsi haqqının tanınmasını gözləyirik. Çünki İran heç bir zaman haqlarından imtina etməyəcək. Biz mülki nüvə texnologiyası üzərində işləri davam etdirəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR