Dağıstanın bədən tərbiyəsi və idman nazirinin müavini qətlə yetirilib

Dağıstanın bədən tərbiyəsi və idman nazirinin müavini qətlə yetirilib
# 29 may 2012 22:39 (UTC +04:00)
Bakı-APA. Dağıstanın respublikasının bədən tərbiyəsi və idman nazirinin müavini Nəsir Hacıxanov Mahaçqalada qətlə yetirilib. Bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

Məlumata görə, gecə saatlarında naməlum şəxslər Hacıxanovun maşınını atəşə tutublar. Hacıxanov xəstəxanaya aparılarkən yolda keçinib.

Mayın 25-də Mahaçqala xəstəxanalarından birində Dağıstanın bədən tərbiyəsi və idman naziri Arsanali Murtazaliyev ürək tutmasından keçinib. Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbə Hacıxanovun qətlinin nazir postu uğrunda mübarizə ilə əlaqələndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR