Azərbaycan Milli Məclisinin binası qarşısında etiraz aksiyası keçirmək cəhdinin qarşısı alınıb

Azərbaycan Milli Məclisinin binası qarşısında etiraz aksiyası keçirmək cəhdinin qarşısı alınıb
# 12 iyun 2012 09:16 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “REAL” Hərəkatının bir qrup üzvü Milli Məclisin binası qarşısında “İnformasiya əldə etmək haqqında” qanuna parlamentdə ediləcək əlavə və dəyişikliklərə etiraz olaraq aksiya keçirməyə cəhd edib. APA-nın xəbərinə görə, aksiyanın qarşısı polis tərəfindən alınıb.

“REAL” Hərəkatının sədri İlqar Məmmədov, hərəkatın həmtəsisçi Natiq Cəfərli və qurumun İdarə Heyətinin üzvü Azər Qasımlı polis tərəfindən saxlanılaraq, ərazidən uzaqlaşdırılıb.

Qeyd edək ki, “REAL” Hərəkatı qanun təklif olunan əlavə və dəyişikliklərin Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara və ölkə Konstitusiyasına zidd olduğunu bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR