Bakıda Böyük Britaniya Müdafiə Akademiyası və Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə kurs keçirilir

Bakıda Böyük Britaniya Müdafiə Akademiyası və Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə kurs keçirilir
# 25 sentyabr 2012 08:38 (UTC +04:00)
MN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə yanaşı, Xarici İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Xüsusi Dövlət Mühafizəsi və Dövlət Sərhəd xidmətlərinin nümayəndələri iştirak edirlər.

Kursda təhlükəsizlik məsələləri, müdafiə sektorunun təşkili, beynəlxalq terrorizm və antiterrorizm, böhranların idarə olunması, siyasətin formalaşdırılması, milli təhlükəsizlik strategiyası, beynəlxalq əməliyyatlar, güc tətbiq etmə hüququ, insan resurslarının, informasiyanın və islahatların idarə edilməsi məsələləri müzakirə edilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR