ANAMA Diyarbəkirdə əməliyyatları gələn həftə yekunlaşdıracaq

ANAMA Diyarbəkirdə əməliyyatları gələn həftə yekunlaşdıracaq
# 21 sentyabr 2012 12:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Türkiyənin Diyarbəkir şəhəri yaxınlığında həyata keçirdiyi partlamamış hərbi sursatların təmizlənməsi üzrə əməliyyatları gələn həftə başa çatdıracaq. Bu barədə APA-ya ANAMA-nın partlamamış hərbi sursatlar üzrə mütəxəssisi Pərviz Gidayev məlumat verib.

P. Gidayevin sözlərinə görə, bu günədək Diyarbəkirdə hava limanının genişləndirilməsi üçün ayrılan 1101492 kvadrat metr ərazi təmizlənib. Əməliyyatlar zamanı 72 ədəd döyüş, 16840 ədəd isə təlim məqsədli PHS aşkar edilib.

Hazırda ərazidə ANAMA-nın əməliyyat qrupu ilə yanaşı Tədqiqat və Keyfiyyətə Nəzarət Qrupu da çalışır. Təmizlənmiş ərazilərdə keyfiyyət yoxlamaları aparılır.

Qeyd edək ki, hazırda təmizlənən ərazi vaxtı ilə hərbi aviasiyanın poliqonu olub. Əməliyyatlar zamanı ərazidən AN M65 GP, AN M64 GP, M117 GP, AN M-81, 5 inch Mk.6 MOD1, LUU-2B, MK-82 /83/84 GP tipli bombalar, müxtəlif çaplı patronlar, BDU-33, MK-106, MK-76 tipli təlim bombaları, Mk. 4 MOD 3 tüstü raketləri və s. tapılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR