İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 306-a çatıb, 3000-dən artıq yaralı var - YENİLƏNİB

İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 306-a çatıb, 3000-dən artıq yaralı var - <font color=red>YENİLƏNİB</font>
# 13 avqust 2012 10:00 (UTC +04:00)
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın səhiyyə naziri Mərziyə Vahid Dəstcerdi ölkə parlamentində hesabatı zamanı bildirib.

Onun sözlərinə görə, yaralı sayı isə 3037 nəfərdir. Yaralılardan 2011-i zəlzələ bölgəsində müalicə edilir, digərləri isə xəstəxanalara köçürülüb.

Qeyd edək ki, avqustun 11-də İranda episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. Ən çox tələfat Əhər, Vərzigan və Heris şəhərlərindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR