Azərbaycan və İran prezidentlərinin görüşü olub

Azərbaycan və İran prezidentlərinin görüşü olub
# 15 oktyabr 2012 16:13 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısının önəmi vurğulanıb, bu tədbirin region ölkələri arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Dövlət başçıları Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni sahələrdə inkişafından məmnunluqlarını ifadə ediblər, əlaqələrin iqtisadi, ticarət, o cümlədən, enerji, nəqliyyat və digər sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıblar. Xalqlarımız arasında mədəni, tarixi yaxınlığın əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə yaxşı zəmin yaratdığı bildirilib, ölkələrimiz arasında münasibətlərin inkişafının regional əməkdaşlığa töhfəsini verəcəyi qeyd olunub.
İki ölkə arasında əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayan prezidentlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR