Azərbaycan Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları üçün seminar keçirilib

Azərbaycan Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları üçün seminar keçirilib
# 22 fevral 2012 14:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropa Birliyinin Avropa Qonşuluq Siyasətinin Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Azərbaycan Maliyyə Nazirliyinin benefisiarı olduğu «Azərbaycan Respublikasında dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək» adlı tvinninq layihəsi çərçivəsində seminarların keçirilməsi davam etdirilir.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, fevralın 21-22-də layihənin Estoniyadan olan ekspertləri tərəfindən Azərbaycan Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları üçün «INTOSAI daxili nəzarət standartları üzrə seminar» keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR