Mehriban Əliyeva Azərbaycanın «Eurovision-2012» müsabiqəsindəki təmsilçiləri ilə görüşüb
10 iyul 2012 18:56 (UTC +04:00)
Bakı-APA. İyulun 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən xalq artisti Alim Qasımov və Səbinə Babayeva ilə görüşüb.
APA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı Alim Qasımov və Səbinə Babayevanı müsabiqənin finalında uğurlu çıxışlarına görə təbrik edərək deyib: “Siz bizim mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiniz. Bunu həm çıxışınız, həm də müsabiqənin yekunlarına görə layiq görüldüyünüz yüksək yer təsdiqləyir”.
Mehriban xanım Əliyeva 57-ci “Eurovision” mahnı müsabiqəsinin ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini və bunun hələ də dünya mətbuatının gündəmində olduğunu vurğulayıb. Azərbaycanın birinci xanımı qeyd edib ki, ölkəmizin bu müsabiqədə iştirakının təşəbbüskarı da Heydər Əliyev Fondu olub. Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində layiqincə təmsil olunmasının Fond tərəfindən daim arzulandığını deyən Mehriban Əliyeva ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu vurğulayıb. Fondun prezidenti Azərbaycanın “Eurovision” müsabiqəsində həmişə yüksək yerlərdə qərarlaşdığını diqqətə çatdırıb.
Azərbaycanı “Eurovision-2012”də təmsil edən xalq artisti Alim Qasımovu və Səbinə Babayevanı bir daha təbrik edən Mehriban Əliyeva bu müsabiqənin onlar üçün gələcək fəaliyyətlərində yeni imkanlar açdığını deyib.

Mədəniyyət siyasəti
Adil Kərimli Slovakiya Mədəniyyət Nazirliyinin dövlət katibi ilə görüşüb
18:51
2 may 2024
Mədəniyyət naziri UNESCO yanında daimi nümayəndələrlə görüşüb
15:42
2 may 2024
Nazirlik: 163 abidə mina və sursat partlayışı riski olan ərazilərdədir, inventarlaşdırılması aparılmayıb
15:26
2 may 2024
İqlim dəyişikliyinin Quba Memorial Kompleksinə mənfi təsiri açıqlanıb
15:22
2 may 2024