Azərbaycan futbol yığması Sinqapur milli komandası ilə heç-heçə edib

Azərbaycan futbol yığması Sinqapur milli komandası ilə heç-heçə edib
# 24 fevral 2012 16:44 (UTC +04:00)
Bakı – APA. Bu gün futbol üzrə Azərbaycan milli komandası 2012-ci ildə ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışında keçirdiyi ilk yoldaşlıq görüşündə Sinqapur millisi ilə heç-heçə edib – 2:2.

Komandamız oyunun gedişində hesabda 2 top irəlidə olsa da, qələbəni əldən verib. Belə ki, Rauf Əliyev 15-ci, Mahir Şükürov 62-ci dəqiqədə qollarımızın müəllifi olub. Ancaq Saydju Esax 72-ci, Şaxdan Sulayman 2-ci uzatma dəqiqəsində millimizin qapıçısı Andrey Popoviçin qoruduğu qapıya yol tapa bilib.

Qeyd edək ki, milli komandamız Dubayda 2-ci oyununu fevralın 27-də Hindistan yığması ilə keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR