Lənkəranda qanvermə aksiyası keçirilib

Lənkəranda qanvermə aksiyası keçirilib
# 14 may 2012 20:06 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Mayın 14-də Lənkəranda “Bir damla qan ver, bir uşagi xilas et!” devizi altında qanvermə aksiyası keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Şəhər İcra Hakimiyyəti və Şəhər Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə keçirilən bu xeyriyyə tədbirinə 100-dən çox gənc oğlan və qız qoşulub. Tədarük olunan qan laboratoriyada müayinə olunmaqdan ötrü Respublika Qan Bankına təhvil verilib. Gələcəkdə isə ondan talassemiyalı, hemofiliyalı, eləcə də xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların müalicəsində istifadə etmək nəzərdə tutulub. Qeyd edək ki, Lənkəranda hazırda 41 nəfər hemofiliyalı və talassemiyalı xəstə qeydiyyatdadır. Ay ərzində onlara təxminən 5 litr donor qanı lazım olur. Xəstələrin 80 faizi azyaşlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR