Azərbaycanın sənaye və energetika naziri İtaliyanın xarici işlər və iqtisadi inkişaf nazirlərinin müavinlərini qəbul edib

Azərbaycanın sənaye və energetika naziri İtaliyanın xarici işlər və iqtisadi inkişaf nazirlərinin müavinlərini qəbul edib
# 09 iyul 2012 14:57 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev İtaliya xarici işlər nazirinin müavini Marta Dassu və iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə İtaliya-Azərbaycan əməkdaşlığının perspektivləri, xüsusən neft-qaz və energetika sektorunda əlaqələrlə bağlı müzakirələr aparılıb.

N.Əliyev Azərbaycanın energetika sektorunda həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, Azərbaycan gələcəkdə də Avropa Birliyi ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqda maraqlıdır.

Görüşdə xüsusilə son vaxtlar gündəmdə olan TANAP layihəsi ilə bağlı müzakirələr aparılıb, Transxəzər layihəsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR