Səfir Məhəmmədbağır Bəhrami: “İran Azərbaycanın nailiyyətlərinə sevinir” - FOTO

Səfir Məhəmmədbağır Bəhrami: “İran Azərbaycanın nailiyyətlərinə sevinir” -<font color=red> FOTO</font>
# 20 iyul 2012 14:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhramini qəbul edib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkələr arasında sıx dini, tarixi, mədəni münasibətlərin olduğunu diqqətə çatdıran baş nazirin müavini bildirib ki, İranın “İmam Xomeyni İmdad Komitəsi” beynəlxalq humanitar təşkilatı bu gün də Azərbaycanda həyata keçirilən ən iri və davamlı humanitar layihələrdə yaxından iştirak edir: “Bu təşkilatın xətti ilə Azərbaycanın 45 rayonundakı 500 yaşayış məntəqəsində 40 minədək qaçqın, məcburi köçkün və digər aztəminatlı əhalinin, o cümlədən şəhid ailələrinin ərzaq, maddi yardım, dərman preparatları və s. ilə təchizatı proqramları həyata keçirilir. Respublikamızın müxtəlif bölgələrində məskunlaşmış qaçqın, məcburi köçkün və aztəminatlı ailələrindən 1400-dək kimsəsiz uşaq bu təşkilatın himayəsinə götürülüb. Təşkilat ölkəmizdə fəaliyyətə başladığı 1994-cü ildən indiyədək həyata keçirdiyi humanitar layihələrə 40 milyon dollar məbləğində vəsait sərf edib”.

M. Bəhrami Azərbaycanda işləməkdən məmnunluğunu ifadə edib, diplomatik fəaliyyəti dövründə ölkələr arasında münasibətlərin daha da inkişaf etdirilməsinə və gücləndirilməsinə çalışdığını vurğulayıb.
Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyən diplomatın sözlərinə görə, İran Azərbaycanın əldə etdiyi nailiyyətlərə sevinir. Səfir bəyan edib ki, Azərbaycan və İran prezidentləri ölkələr arasında münasibətlərin inkişafını hər zaman diqqət mərkəzində saxlayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR