Almaniya Xarici İşlər Nazirliyində Azərbaycana həsr edilmiş tədbir keçirilib - FOTO

Almaniya Xarici İşlər Nazirliyində Azərbaycana həsr edilmiş tədbir keçirilib - <font color=red>FOTO</font>
# 29 may 2012 08:14 (UTC +04:00)
Tədbiri Almaniyanın tanınmış jurnalisti Dr. Frank Überall (WDR) aparıb.

Tədbirdə Alman Jurnalistlər Birliyinin (Berlin) sədri Bernd Lammel Azərbaycana səfər təəssüratlarını bölüşüb, mətbuatın, mədəniyyətin, qarşılıqlı işbirliyinin qurulmasından söz açıb, Almaniya təcrübəsindən istifadəyə çağırıb.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ölkədə mətbuatın durumundan, problemlərdən, jurnalistlərin üzləşdikləri çətinliklərindən və mətbuat azadlığı məsələlərindən danışıb.

Jurnalist Faina Hənifəyeva gənc qadın jurnalistlərin cəmiyyətdə yeri və fəaliyyəti mövzusunda çıxış edib.

N. Gəncəvi Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi (Nourida Ateshi) isə ilk dəfə olaraq alman dilinə çevirdiyi “Azərbaycanın minillik məhəbbət poeziyası” antologiyasından (Pərvanə və Şam. Azərbaycanın minillik məhəbbət antologiyası. Mattes &Seitz Berlin 2008) şeirlər oxumaqla yanaşı, Azərbaycanın mədəniyyət və ədəbiyyat tarixi haqqında danışıb.

Tədbirə Azərbaycanın Almaniyadakı səfirliyinin 3-cü katibi Nurçin Əliyev də qatılıb.

Tədbir dialoq şəklində davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR