AFFA klubların baş məşqçilərini Dubaya göndərir

AFFA klubların baş məşqçilərini Dubaya göndərir
# 10 fevral 2012 13:42 (UTC +04:00)
Bakı – APA. Fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışında Premyer Liqada çıxış edən bütün klubların baş məşqçiləri də iştirak edəcəklər. Apasport.az saytının məlumatına görə, AFFA rəhbərliyinin və yığmanın baş məşqçisi Berti Foqtsun qərarına əsasən, çalışdırıcılar AFFA-nın vəsaiti hesabına Dubay şəhərinə aparılacaq.

Klubların baş məşqçiləri fevralın 26-dan martın 1-dək millinin toplanışını, həmçinin hazırlıq prosesi çərçivəsində 2 yoldaşlıq oyununu izləyəcək, təcrübə mübadiləsi aparacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR