Bakıda İran və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib

Bakıda İran və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib
# 16 oktyabr 2012 09:37 (UTC +04:00)
APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin daha inkişaf etdirilməsi, regional və qlobal məsələlər müzakirə olunub.

Tərəflər iki ölkənin bəzi regional və qlobal məsələlərin həllində keçirdikləri ikitərəfli görüşlərin mühüm rol oynadığını deyərək, bölgə problemlərinin nizamlanması üçün siyasi iradə nümayiş etdirməyin, diqqətli və ayıq-sayıq olmağın və böhranın bölgəni öz təsiri altına almasına mane olmağın vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Ə.Salehi və Ə.Davudoğlu hazırda Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR