Azərbaycan gömrükçüləri Gürcüstandan ölkəyə qanunsuz olaraq mobil telefonların gətirilməsinin qarşısını alıb

Azərbaycan gömrükçüləri Gürcüstandan ölkəyə qanunsuz olaraq mobil telefonların gətirilməsinin qarşısını alıb
# 16 avqust 2012 09:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan gömrükçüləri Gürcüstandan ölkəyə qanunsuz olaraq mobil telefonların gətirilməsinin qarşısını alıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

«Sınıq Körpü» gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşı Rəşad Qaravəliyevin idarə etdiyi “Mercedes Benz 250” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı nəqliyyat vasitəsindən müxtəlif markalı, cəmi 217 ədəd mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar - 209 ədəd akkumlyator, 239 ədəd qidalandırma cihazı və 236 ədəd qulaqcıq gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilib.

Nəqliyyat vasitəsinin salonuna keçirilmiş baxış zamanı gömrük nəzarətindən gizlədilmiş şəkildə 20 blok “Marlboro” siqareti aşkar olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR