Azərbaycan Mərkəzi Bankı I yarımillikdə 640 mln. dollarlıq valyuta kütləsini sterilizasiya edib

Azərbaycan Mərkəzi Bankı I yarımillikdə 640 mln. dollarlıq valyuta kütləsini sterilizasiya edib
# 10 avqust 2012 13:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankı məzənnə siyasətini dəhliz daxilində ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirməkdə davam edib. «APA-Economics»in məlumatına görə, bu barədə Mərkəzi Bankın tərəfindən hazırlanmış növbəti Pul Siyasəti İcmalında deyilir.

İcmala əsasən, ölkənin tədiyyə balansında iri həcmli profisitin mövcud olması şəraitində valyuta bazarında təklif tələbi üstələyib. Lakin məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank 6 ay ərzində 639,4 mln. dollar həcmində valyuta sterilizasiyası həyata keçirib.

Nəticədə, hesabat dövrü ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0,1% möhkəmlənib. AMB-nin hesablamalarına görə, manatın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi duruma və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR