ABŞ konqresmeni: «İsrail İrana qabaqlayıcı zərbə endirməyə hazırdır»

ABŞ konqresmeni: «İsrail İrana qabaqlayıcı zərbə endirməyə hazırdır»
# 08 sentyabr 2012 03:51 (UTC +04:00)
Bakı-APA. Əgər ABŞ İranın nüvə proqramına münasibətdə daha sərt mövqe tutmasa, İsrail İrana qabaqlayıcı zərbə endirməyə hazırdır. Bu barədə İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra ABŞ Konqresi nümayəndələr palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin sədri Maykl Rocers bəyan edib.

«Netanyahu ABŞ-ın indiki mövqeyindən əsəbiləşib və məyus olub. Onun fikrincə, İranın nüvə təhlükəsinin qarşısını almaqda ABŞ-a qətiyyət çatmır», deyə konqresmen bildirib.

Rocersin fikrincə, «israillilər ABŞ administrasiyasının «heç bir variant istisna olunmur» sözlərinin ciddiliyinə inanmırlar».

«Daha vacibi odur ki, iranlılar da bu sözlərə inanmırlar. Məhz ona görə onlar nüvə proqramlarına davam edirlər», deyə Rocers əlavə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR