İran kiber cinayətkarlığa qarşı mübarizə aparmaq üçün “facebook”dan istifadə edəcək

İran kiber cinayətkarlığa qarşı mübarizə aparmaq üçün “facebook”dan istifadə edəcək
# 25 iyul 2012 03:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran kiber cinayətkarlığa və pornoqrafiyaya qarşı mübarizə aparmaq üçün “facebook”dan istifadə edəcək. APA-nın məlumatına görə, bu barədə İran Kiber Polis İdarəsinin rəhbəri, general Kamal Hadianfar açıqlama verib. Onun sözlərinə görə, bu plan yalnız “facebook”un əməkdaşlığı qəbul etməsi ilə reallaşacaq.
Qeyd edək ki, İranda “Facebook”, “Twitter” və digər sosial şəbəkələrə, eləcə də “Youtube”, “Google” və bu ölkəni tənqid edən saytlara giriş bağlıdır. İran indiyədək 10 mln. internet saytına filtr qoyub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR