BƏƏ-nin neft naziri: “İrana qarşı sanksiyalar səbəbindən yaranacaq neft qıtlığını ödəmək üçün heç bir planımız yoxdur”

BƏƏ-nin neft naziri: “İrana qarşı sanksiyalar səbəbindən yaranacaq neft qıtlığını ödəmək üçün heç bir planımız yoxdur”
# 23 aprel 2012 07:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Birləşmiş Ərəb Əmirliklərinin Avropaya neft ixracını artırmaqla bağlı heç bir planı yoxdur”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu BƏƏ-nin neft naziri Məhəmməd əl-Həmli deyib.
O bildirib ki, İrana qarşı sanksiyalar nəticəsində dünya bazarında yaranacaq neft qıtlığını ödəmək üçün ölkəsinin heç bir planı yoxdur: “İrana qarşı sanksiyaların yaratdığı narahatlıq mart ayında neftin qiymətinin 128 dollara qədər qalxmasına səbəb oldu. Dünya bazarında neftin qiyməti gündən-günə artır. Artıq istehsalçılar bu cür qiymət artımına alışıblar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR