Ehud Barak: İsrail İranla “altılıq” ölkələri arasında müzakirələrin Tehran rəhbərliyini nüvə silahı istehsal etmək niyyətindən saxlayacağına inanmır

Ehud Barak: İsrail İranla “altılıq” ölkələri arasında müzakirələrin Tehran rəhbərliyini nüvə silahı istehsal etmək niyyətindən saxlayacağına inanmır
# 18 aprel 2012 00:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İsrail İrana hərbi müdaxilə variantını qüvvədən düşürməyib və ABŞ rəhbərliyinə İranla “altılıq” ölkələri arasında müzakirələrin aparıldığı ərəfədə hücum etməyəcəyinə dair hər hansı bir söz verməyib”. APA-nın məlumatına görə, bunu İsrailin müdafiə naziri Ehud Barak bildirib. Onun sözlərinə görə, İsrail İranla “altılıq” ölkələri arasında müzakirələrin Tehran rəhbərliyini nüvə silahı istehsal etmək niyyətindən saxlayacağına inanmır: “Müzakirələr zaman itkisindən başqa bir işə yaramır. İranla hər hansı bir uzlaşma da “dəyərli zaman itkisi” olacaq. İtirilən zamana çox kədərlənirik. Halbuki zaman indi çox qiymətlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR